Bakıda avtomobildə soyuq silahlar və narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Mahmudovun idarə etdiyi “Opel” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Şəxsi axtarış zamanı sürücüdən 1 ədəd "beşbarmaq" və 1 ədəd bıçaq, sərnişini S. Mayılovdan isə narkotik vasitə olan politetilen aşkar edilərək götürülüb.