Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və Azərbaycanda virusun qarşısının alınması istiqamətində Respublika Prezidentinin tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Unikal.org xəbər verir ki, “Günay Sığorta” şirkəti ölkəmizdə bu xəstəliyə yoluxma hallarının qarşısının alınması və vətəndaşlar arasında məsafə saxlanılması məqsədi ilə https://www.gunaysigorta.az/ saytında onlayn sığorta xidmətləri təklif edir. Belə ki, müştərilər avtomobilin icbari sığortasını (https://www.gunaysigorta.az/az/comp.php) , səyahət sığortasını (https://www.gunaysigorta.az/travel/), həmçinin artıq əmlak sığortasını da (https://www.gunaysigorta.az/property/) onlayn əldə edə, icbari və könüllü sığorta haqlarını onlayn ödəyə və istədikləri vaxt “Şəxsi Kabinet” bölməsinə daxil olmaqla ofisə yaxınlaşmadan sığorta müqavilələrini yoxlayıb, çap edə bilərlər. Həmçinin avtomobilini könüllü sığorta etdirmək istəyən müştərilər istədikləri kasko sığorta (https://www.gunaysigorta.az/az/product/2-kasko) paketini seçib, sığorta haqqını hesablayıb, sifariş üçün müraciət edə bilərlər.

“Günay Sığorta” ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumatı rəsmi saytından, www.facebook.com/gunayinsurance/  rəsmi facebook səhifəsindən və ya şirkətin 7/24 fəaliyyət göstərən məlumat mərkəzinə, (012) 990 qısa nömrəsinə zəng vurmaqla əldə edə bilərlər.