Yasamal rayonu ərazisində oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, aprelin 7-dən 11-dək olan müddətdə rayon ərazisindəki qarajların birindən 6000 manat dəyərində mobil telefon, 6 ədəd fotoaparat, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Aprelin 9-da rayon ərazisində 2 avtomobildən planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Süleymanov isə Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.