Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq Kürdəmir rayonunda bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinib.

Unikal.org  xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Mollakənd kəndində xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərən kafe aşkar ediblər.

Həmin kafenin sahibi 1958-ci təvəllüdlü Hacıyev Xanəhməd İman oğlu polis şöbəsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan Xanəhməd Hacıyev barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb, 100 manat məbləğində cərimə edilib.