“Anar Məmmədov qədər xalqını, dövlətini sevsinlər”
“Anar Məmmədov qədər xalqını, dövlətini sevsinlər”

Noyabrın 14-də Vaşinqtonda, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “ZQAN” Holdinqin rəhbəri Anar Məmmədov 300-dən çox qonağın iştirakı ilə şam yeməyi təşkil edib.
Bu tədbir birmənalı qarşılanmayıb və geniş müzakirəyə çıxarılıb.
Millət vəkili Elton Məmmədov açıqlamasında bildirib ki, Anar Məmmədovun bu addımını yanlış istiqamətlərdə müzakirə edənlərdə azərbaycanlı qanı yoxdur: "Bu haqda ağzına gələni danışanlarda ən azı Anarda olan vətənpərvərlik, azərbaycanlı qanı da yoxdur. O insanlar dövlətimiz, xalqımız, milliyyətçiliyimiz üçün aparılın təbliğatı bəyənmirlər. Özləri də bu sahədə zərrə qədər iş görmürlər. Tövsiyə edirəm ki, Anar Məmmədov qədər xalqını, dövlətini sevsinlər. Anar çətinliklə əldə etdiyi maliyyə gəlirlərini dövlətçiliyimizin təbliğatı yolunda sərf edir. Anarın və onun kimi gənclərin, gənclər təşkilatlarının bu istiqamətdə gördükləri bütün işləri dəstəkləyirəm və onlar çox sağ ol, deyirəm”.