Dünya bazarında neftin qiyməti fəlakətli sürətlə ucuzlaşır.

Unikal.org xəbər verir ki, birjalarda WTI  - Amerikanın Qərbi Texas neftinin qiyməti bu gün ərzində 15,7 dollar və ya 85% ucuzlaşaraq 2,5 dollara enib.

Müasir tarixdə qiymətlərin belə səviyyəyə enməsi qeydə alınmayıb.

"Brent" markalı neftin qiymətində isə 1,52 dollar və ya 5,4% azalaraq 26,56 dollara enib.

21:56

xxx

WTI markalı neftin qiyməti rekord həddə ucuzlaşaraq bir barelə görə 1 dollara düşüb. Hazırda neftin qiyməti 1-2 dollar arasında dəyişir.