Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, aprelin 21-də Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Sadıqovun qarın nahiyəsində kəsilmiş-deşilmiş xəsarət olan meyitinin İzmayılovka qəsəbəsi ərazisində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində C.Sadıqovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.