"Təəssüflər olsun ki, tibb işçiləri də bu virusdan tam qoruna bilməyiblər. 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub"

Unikal.org-un verdiyi xəbərə görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, səhiyyə işçilərinin hamısı iş yerində koronavirusa yoluxmayıb. 

"Onların 60-70 faizi artıq sağalıb və öz işlərini davam etdirirlər. Tibb işçilərinin arasında vəziyyəti ağır olan xəstə yoxdur." deyə Viktor Qasımov əlavə edib.

Murad İbrahimli