Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Niderland çempionatında cari mövsüm rəsmən ləğv olunub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

Qərara əsasən, çempion elan olunmayıb və yüksək liqanı heç bir komanda tərk etməyib. Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşəcək.