Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb. 

Kənd sakini, 1976-cı il təvəllüdlü Qadir Şıxıyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1981-ci il təvəllüdlü Soltanov Ramin Mövsüm oğlunu bıçaqlayıb. 

Döş qəfəsi və bud nahiyəsindən bıçaq xəsarəti alan Ramin Soltanov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.