Koronavirus təhlükəsi səbəbindən insanların evdən çıxmadığı bu zamanlarda görüntülü zənglərin sayı xeyli artıb.

Unikal.org xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp" insanların bir-biri ilə əlaqə saxlamasında böyük rol oynayır. Buna baxmayaraq

"WhatsApp"da görüntülü danışıqların 4 nəfərlə məhdudlaşdırılması insanların etirazına səbəb olmuşdu.

Şirkət tərəfindən edilən yeniləmə artıq 8 nəfərin eyni anda görüntülü danışa biləcəyi bildirilib. Həmçinin danışıqların tamamilə şifrələndiyi və istifadəçilərin məlumatlarının gizli qaldığı açıqlanıb.