Hazırkı dövrədək ölkəmizdə 1645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, onlardan 1139 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 485 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.