"Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddətinin daha 9 ay uzadılması əmanətçilərə arxayın olmaq üçün bir mesajdır".

Unikal.org xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

"Bu təcrübə bütün inkişaf etmiş ölkələrdə var. Vacib anda, böhran dövründə əmanətlərlə bağlı addım atılır. Azərbaycanda əmanətlərin tam sığortalanması müddətinin yenidən uzadılması ilə bağlı məsələ qaldırılanda ölkədə koronavirus (COVID-19) pandemiyası yox idi, neft ucuzlaşmamışdı. Lakin qanunun qəbulu maliyyə bazarlarında ciddi sarsıntıların olduğu vaxta düşdü və hazırda maliyyə sektoruna əlavə sabitlik gətirməyə imkan verir. Bu sabitlik isə makroiqtisadi sabitliklə sıx bağlıdır", - deyə o, qeyd edib.