Dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda sistemli tədbirlər həyata keçirilir. Cənab Prezidentin tapşırığı ilə əvvəlcədən görülmüş profilaktik tədbirlər nəticəsində Azərbaycanda koronovirus xəstələrinin sayı digər ölkələrə nisbətən xeyli azdır.

Ölkə Prezidentinin "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı pandemiyaya qarşı mübarizədə həmrəyliyə səsləyib. 
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlikləri ilə dövlətimizin həyata keçirdiyi tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində isə məhz ölkə vətəndaşları dayanır.
Koronavirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulan ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası  və onun yerli strukturları da əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər.  

Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı koronavirus pandemiyasının yayılması ilə əlaqədar ölkə ərazisində karantin rejminin tətbiq edilməsi səbəbindən aztəminatlı ailələrin yarana biləcək gündəlik ərzaq təlabtının ödənilməsi məqsədi ilə növbəti xeyriyyə aksiyasını keçirib.

Belə ki, 28-29 aprel tarixlərindəkeçirilən aksiya zamanı Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən 50 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib. Həmin ailələrə zərururi ərzaq yardımları rayon təşkilatının könüllüləri tərəfindən çatdırılıb.