Lənkəranda 90 yaşını keçmiş nənə koronavirusa qalib gəlib. Hazırda evinə buraxılan yaşlı qadın həkimlərin ona xidmət göstərməsindən xeyli razı qalıb. Onu müalicə edənlərin bu sözünü isə heç vaxt yadından çıxarmayacağını deyir: biz sənə xəstə kimi yox, anamız kimi baxırıq.

Unikal.org xezerxeber.az-a istinadən xəbər verir ki, ölkəmizdə "COVID-19"a yoluxmuş ən yaşlı sakinsağalaraq evə buraxılıb.

Aprel ayının ilk günlərdinə koronavirusa yoluxmuş Lənkəranın Boladı kəndində yaşayan 92 yaşlı Ağabəyim Axundovadailk olaraq güclü öskürmələr başlayıb. Həkimə müraciət edəndə isə analizlərdən sonra koronavirusa yoluxduğu məlum olub.

O, virusa yoluxmuş şəxslərin müalicə olunduğu xəstəxanaların birinə yerləşdirilib. Həkimlərin ciddi qayğısı nəticəsində Ağabəyim nənə "COVID-19"dan sağalaraq evə buraxılıb. Ağabəyim Axundova xəstəlik dövründə keçirdiyi çətin dönəmdə sağlamlığının təmin edilməsi və hər cür qayğıilə əhatə olunduğunagörə, onu sağaldaraq ailəsinə qaytaran həkimlərə minnətdarlığını bildirib.

Hazırda ev şəraitində olan nənə özünü yaxşı hiss edir. Həkimlərin məsləhətlərinə də qulaq asır. Qidalanmasını ləngitmir.

"COVID-19" virsuna qalib gəlmiş 92 yaşlı nənə hər kəsi diqqətli olmağa, virusun əlamətlərinin hiss olunduğu anda isə həkimə müraciət etməyi tövsiyyə edir.