"Bu məsələ Maliyyə Sabitliyi Şurasında müzakirə edildi və həmin bankları sağaltmaq mümkün olmadığı üçün "cərrahiyyə əməliyyatı aparıldı".

Unikal.org xəbər verir ki,  bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. Bank sədri vurğulayıb ki, "Amrah Bank"ın əməkdaşlarının ötəngünki etirazlarına da münasibət bildirib və etirazın emosional xarakter daşıdığını deyib:

"Amrah Bank"ın işçilərinin maaşının ödənilməsinə göstəriş vermişəm". Dorğudur onlar öz iş yerlərini itiriblər, amma düşünürəm ki, bank sektoru ordan ixtisaslı kadrları cəlb edəcək".