Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1441 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.