Bakı sakinində narkotik aşkarlanıb.

Unikal.org--un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.Ağababayevdən 10 kq 220 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.