Məşhur model Ashley Mattingly, ABŞ-ın Texas ştatının Ostin şəhərindəki evində ölü tapılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə polis  sövq edilib. Polislərin ilkin açıqlamasına görə, spirtli içki və maddə asılılığı ilə mübarizə aparan playboy ulduzu Ashley Mattingly, ailəsinə məktub yazdıqdan sonra intihar etdiyi bildirilib.

Hadisə ilə bağlı açıqlama verən, ulduz modelin bacısı və əkiz qardaşı, “Sevimli bacımız,bizə məktub buraxaraq həyatına son verib” deyə, bacılarının bir neçə il əvvəl Ostində yalnız yaşamağa  və uzun müddət aludəçisi olduğu spirtli içki və maddə asılılığı aradan qaldırmaq üçün mübarizə apardığını bildiriblər.

Qeyd edək ki, məşhur amerikalı model, 2011-ci ildə playboy ulduzu seçilib. Həmçinin də, şöhrət qazandıqdan sonra şəxsi həyatındakı problemlərə görə, spirtli içkinin və digər maddələrinin aludəçisi olub.

Bildirək ki, 2012-ci ildə Beverly Hillsdəki evində keçmiş sevgilisi Leyn Garrison tərəfindən zorakılığa məruz qalıb. Daha sonra alkoqol və narkotik maddələrin istifadəçisinə çevrilən model son üç ildə evdən çıxmadığı bildirilib.