Koronavirus pandemiyası səbəbiylə karantin günlərini daha maraqlı keçirən türkiyəli məşhur aktrisa Gizəm Qaraca bağbanlığa başlayıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,  2017-ci ildə evlənib İzmirdə məskunlaşan Gizem Qaraca, hər kəsin koronavirus səbəbiylə evə bağlandığı günlərdə, bağ işlərinə başlayıb. 

Belə ki, bağında pomidor, bibər, xiyar və badımcan yetişdirən, Qaraca, o anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Paylaşımda, tanınmış aktrisa, “Sağlam məhsullar istehlak edirəm və karantin günlərində vaxt keçirirəm” deyə başlıqlı paylaşım edib. Digər tərəfdən, Karaca, bağından tut ağacı toplayan həyat yoldaşı Kamal Ekmekçinin pozasını sosial şəbəkə hesabında “Tut canavarı” qeydiylə paylaşıb.

Qeyd edək ki, Gizəm Qaraca 2011 “Miss Türkiyə” gözəllik yarışmasının ikincisi seçilib, bir sıra filmlərdə və seriallarda baş rolu canlandırıb. Gizem Qaraca, 2017-ci ildə Kamal Ekmekçi ailə həyatı qurduqdan sonra  İzmirə yerləşib.