Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın “Ersgebirge” klubunun oyunçuları və əməkdaşları karantinə alınıblar.

Unikal.org xəbər verir ki, bu barədə Aue təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Buna səbəb, “Ersgebirge” klubunun bir əməkdaşında koronavirus aşkarlanmasıdır. Koronavirusa yoluxan şəxsin adı açıqlanmayıb.