Gözəl aktrisa Nəsrin Cavadzadə mayın 11-də koronavirus epidemiyası səbəbiylə bir müddət qapalı olan bərbər və gözəllik salonlarının açılması qərarından sonra xoşbəxt olduğu pozasını  sosial şəbəkə hesabından paylaşıb.

Unikal.org xəbər verir ki, Azərbaycan əsilli türk aktrisası Nəsrin Cavadzadə, koronavirus səbəbiylə ölkədə karantin müddətinin qismən yumşadılması ilə əlaqədar verilən xəbərlə böyük sevinc yaşayıb.

Belə ki, bu müddətdə saçlarının uzanmasından şikayətlənən aktrisa, alınan qərarla əsasən böyük sevinc yaşayıb. Xoşbəxtliyini izləyiciləri ilə “11 Mayda gözəllik salonları açılır” qeydiylə paylaşdığı foto ilə sosial şəbəkədə gündəm yaradıb.