Türkiyənin Bursa şəhərində Dövlət Xəstaxanalarının birində  koronavirus şübhəsi ilə müalicə alan 5 yaşlı  Qasım Toktaşın ölüm səbəbi məlum olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir Super Liqada oynayan futbolçu Cevher Toktaş oğlu Qasımı xəstəxanada  boğaraq öldürdüyünü etiraf edib.

Belə ki, Cevher Toktaş hadisəsinin 23 Apreldə  Milli Suverenlik və Uşaq Bayramının qeyd edildiyi zaman öldürdüyünü bildirib.  Hadisədən 11 gün sonra, 4 Mayda Çarşı Polis Mərkəzinə gedən Cevher Toktaş oğlunu öldürdüyünü etiraf edərək, polisə təslim olub.

Asayiş Şöbə Müdirliyinin Cinayət Bürosu qrupları tərəfindən tutulan Cevher Toktaş, oğlunu sevmədiyi və əsəbi olduğununa görə boğaraq öldürdüyünü söyləyib.
Polislərə ilkin ifadəsində, hadisədən 2 həftə əvvəl oğlunun öskürməyə başladığını ifadə edən Cevher Toktaş, “Oğlum Qasıma koronavirusa yoluxmaq qorxusu səbəbiylə xəstəxanaya aparmadım. Doktor Qasımı koronavirus şübhəsi altında xəstəxanada qalmalı  olduğunu bildirdi. Oğlumun yanında qaldım. Xəstəxanaya yerləşdirildikdən iki saat sonra əsəb keçirdim”,  cinayət anı ilə əlaqədar soyuq danışan Cevher Toktaş, “Çarpayıda uzanan oğluma yastığını basdım. Yastığı təxminən 15 dəqiqə qaldırmadım. Bu vaxt oğlum çırpıntı etdi. Ancaq yastıqla basmağa davam etdim.  Sonra hərəkətsiz qaldığını gördüm. “Həkim” deyə qışqırmağa başladım. Sonra otağa həkim və orta tibb işçiləri gəldi. Gəlib oğlumla müdaxilə etdilər və reanimasiya şöbəsinə apardılar. Oğlum 1saatdan çox  reanimasiyada qaldıqdan sonra ölüm xəbərini aldım” deyə bildirib.

Daha sonra, evdə oturarkən qəfildən peşman olduğunu və buna görə polisə müraciət etdiyini və günahını etiraf etdiyini bildirən Cevher Toktaş belə davam edib: “Mayın 4-də axşam yoldaşımla evimdə oturarkən bir anda baş verənləri düşündüm və narahat oldum. “Bir işim var” deyərək evdən çıxdım. Heç bir problemim və ya psixoloji iztirabım yoxdur.  Həyat yoldaşım və digər övladımla heç bir problemim yoxdur. Oğlumun normal şəkildə öldüyünü öz üzərimə götürmürəm, həqiqəti söyləyirəm” deyərək etiraf edib. 

Polis əməliyyatlarının ardından ədliyyəyə verilən Cevher Toktaş, “yaxın qohumunu öldürmək” ittihamı ilə cinayət işi açılıb. Toktaş tutularaq həbsxanaya göndərilib. Məhkəmə, həmçinin Qasım Toktaşın cəsədində yarılma qərarı verib. Araşdırma davam etdirilir.