“Qremmi” mükafatlı, dünyaca məşhur İngilis müğənni Adele,  itirdiyi çəkidən sonra yeni görünüşü ilə gündəm qazanıb. 

Unikal.org xəbər verir ki,həyat yoldaşı Simon Konecki ilə boşandıqdan sonra 45 kilo arıqladığını bildirən dünyaca məşhur müğənni Adele son imicini paylaşıb.

Belə ki,1 il ərzində 45 kilo arıqlayan dünyaca məşhur müğənnini görənlər tanış olmaqda çətinlik çəkiblər.  Həmin fotoları sosial şəbəkədə paylaşan, 32 yaşlı ulduz müğənni ad gününü qeyd edən pərəstişkarlarına təşəkkür etməyi də unutmayıb.