“Yasak elma” serialı ilə məşhurlaşan türkiyəli aktrisa Eda Ece ayrıldığı sevgilisi Buğrahan Tuncerlə barışıb.

Unikal.org xəbər verir ki, bir müddət öncə bir-birini "İnstagram"dan çıxaran və haqlarında ayrılıq xəbəri yayılan cütlük artıq barışıb. Bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, Buğrahan Tuncer “Anadolu Efes” basketbol komandasının üzvüdür.