Siyasi məhbus qalmaqalı başladı
Siyasi məhbus qalmaqalı başladı
AŞPA-dan növbəti zərbə

Siyasi məhbus məsələsi yenidən gündəmə gəlməkdədir. Belə ki, AŞPA-da yaxın aylarda Azərbaycanda siysi məhbus məsələsi müzakirə olunacaq. Bununla bağlı məruzəçi artıq siyahı hazırlayıb və bu siyahıda Aərbaycan tərəfinin siyasi məhbus hesab etmədiyi şəxslərin də adı var. Bunu da qeyd edək ki, məruzəçinin Azərbaycanla münasibətləri yaxşı deyil və dəfələrlə o Azərbaycanı demokratiyaya zərbə vurmaqda ittiham edib.
Çox qəribədir ki, ona şərait yaradılsada o, bir dəfə də olsa Azərbaycana gəlməyib və siyahını ölkədə ki, QHT-lərin hesabatları əsasında hazırlayıb. Bunu da qeyd edək ki, ölkədə ki, hüquq müdafiəçilərinin də məsələyə yanaşması birmənalı deyil. Millət vəkili çingiz Qənizadənin də daxil olduğu QHT-lər birliyi Kristofer Ştrasserin siyahısı ilə razılaşmır. Amma Leyla Yunusun rəhbərlik etdiyi blok siyahı ilə razıdır və məruzəçidə məhz onun siyahısına əsaslanıb.Başqa ciddi məsələ isə ondan ibarətdir ki, AŞPA-da siyasi məhbuslar kimlər ola bilər, problemi də həll olunub və bu həll rəsmi Bakını qane etməyib. İndi isə məruzəçi məhz bu yenilikdən bəhrələnərək istədikləri şəxsi siyasi məhbus siyahısına daxil edib. Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser tərəfindən Azərbaycanda həbsdə olan iki dindarın adının "siyasi məhbus" siyahısına salınması məsələsinə münasibət bildirib.
Səməd Seyidov bildirib ki, K. Ştrasserin hazırladığı siyahı reallığı əks etdirmir: "Amma çox təəssüf ki bu insan bu istiqamətdə öz siyasətini davam etdirir. Ümumiyyətlə, hansısa insanların adının bu siyahıya daxil edilməsi, ya çıxarılması, onun öz işidir. Biz konkret olaraq öz mövqeyimizi Avropa Şurasına bildirmişik. Biz demişik ki, Azərbaycanda insan haqları ilə bağlı problemləri obyektiv və qərəzsiz formada müzakirə etməyə hazırıq. Azərbaycanda insan haqları ilə bağlı məsələyə qeyri-obyektiv yanaşmaq qəbuledilməzdir".
Qeyd edək ki, AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser həbsdə olan Qusar rayon sakinləri Rahib Pirəliyev və Şərafəddin Mahmudovun adını "siyasi məhbus" siyahısına daxil edib. Dindarların vəkili Cavanşir Süleymanov bildirib ki, onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Hər iki şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanan şəxslərin istintaqı hələ yekunlaşmayıb. Hər iki şəxsin qanunsuz həbs edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib. Həmin müraciətlər əsasında onların adı AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin siyasi məhbus siyahısına daxil edilib. C. Süleymanov Qusar sakinlərinin adlarının siyasi məhbus siyahısına daxil edilməsi barədə məktub aldıqlarını qeyd edib. Onların məsələsinə Avropa Şurası Parlament Assambleyasının gələn ilin yanvarında keçiriləcək iclasında baxılacaq.Adları siyasi məhbus siyahısına daxil edilən hər iki şəxs vəhhabi təriqətinin üzvləridir.Maraqlıdır, bəs AŞPA bu şəxslərin azadlığa buraxılmasını tələb edərsə Azərbaycan hansı addımı atacaq? Ekspertlər bildirir ki, onsuzda son zamanlar Azərbaycanla beynəlxalq təşkilatların münasibətlərində bir gərginlik müşahidə olunur və Avropa İttifaqı ilə bu gərginlik daha yüksək həddə çatıb. İndiki məqamda AŞPA ilə də münasibətlərin korlanması Azərbaycan üçün yaxşı nəticələr verməyəcək, hətta hansısa sanksiyalarda tətbiq oluna bilər. Hətta bildirilir ki, Azərbaycanın Belorusiyanın düşdüyü duruma düşməsi üçün erməni lobbisi hərəkətə də keçib. Buna görə ekspertlər bildirir ki, Azərbaycan tərəfi sona qədər dirəniş göstərməlidir. Amma AŞPA-in çıxaracağı qərarın icrasına da diqqət etməlidir. Msələn, hüquq müdafiəçiləri hesab edir ki, bu məhbuslardan bəzilərini azad etməklə yaranacaq gərginliyi bir müddətlik zəiflətmək olar. Həmçinin bundan sonra hansısa amnistiya ilə yerdə qalanları da azadlığa buraxmaq olar. Yəni hesab edilir ki, indiki məqamda açıq şəkildə qarşıdurmaya getmək Azərbaycanın xarici siyasətinə ciddi zərbə vurmuş olar.
Toğrul Əliyev