Avropa Komissiyası neftin qiyməti ilə bağlı proqnozuna dəyişiklik edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyası bu il “Brent” markalı neftin orta qiymətinin 38,40 dollar/barel olacağını proqnozlaşdırır.

Növbəti il üçün isə “Brent” markalı neftin orta illik qiymətinə dair proqnoz 56,90 dollardan 40,2 dollara qədər endirib.