"Marca" jurnalı dünyanın ən yaxşı stadionlarını müəyyənləşdirməyə çalışıb.

Unikal.org xəbər verir ki, oxucular arasında keçirilən səsvermədə Misirin "Əl-Əhli" klubunun ev oyunlarını keçirdiyi Qahirə Beynəlxalq Stadionu qalib adını qazanıb. "Santyaqo Bernabeu" ("Real") ikinci, "Kamp Nou" ("Barselona") isə üçüncü olub.

Dünyanın ən yaxşı stadionları, "ilk onluq":

1. Qahirə Beynəlxalq Stadionu ("Əl-Əhli", Misir);

2. "Santyaqo Bernabeu" (Real", İspaniya);

3. "Kamp Nou" ("Barselona", İspaniya);

4. "Monumental David Arelyano" ("Kolo-Kolo", Çili);

5. "San Mames" ("Atletik", İspaniya);

6. "Vanda Metropolitano" ("Atletiko", İspaniya);

7. "La Bombonera" ("Boka Xuniors", Argentina);

8. "Enfild" ("Liverpul", İngiltərə);

9. Rades Olimpik Stadionu ("Esperans", Tunis);

10. "Siqnal İduna Park" (Dortmund "Borussiya"sı, Almaniya).