Tokio-2020 Yay Olimpiya Oyunları ikinci dəfə təxirə salınmayacaq.

Unikal.org xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsi açıqlayıb.

Qurumun rəsmi saytına dərc olunan yazıda koronavirus pandemiyası üzündən 2021-ci ilə keçirilən yarışın yenidən təxirə düşməsi istisna edilib: “Bizim yaponiyalı partnyorlar və baş nazir aşkar şəkildə bizə hiss etdirib ki, Yaponiya gələn ilin yayından sonra ikinci təxirə salmanı yaşaya bilməz”.
Qeyd edək ki, Olimpiya Oyunları 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.