Lənkəran ŞİH başçısı Taleh Qaraşovun və bacısının Bakı şəhərinin Xətai rayonunda Həzi Aslanov qəsəbəsində hansısa villaları, bahalı maşınları olduğu barədə internet saytlarında məlumat yayılıb.

Sözügedən məsələ ilə bağlı İcra hakimiyyətindən Unikal.org-a bildirilib ki, yayılmış informasiya həqiqətdən tamamilə uzaq fikirlərdir:

"Belə ki, informasiyada şəkli əks olunmuş ev Taleh Qaraşova məxsus deyil. Eyni zamanda Taleh Qaraşovun bacılarının heç biri Bakı şəhərində yaşamır və heç birinin göstərilən ərazidə evi yoxdur. İcra başçısının oğlu Vüsal Qaraşov isə uzun illər polis orqanlarında nümunəvi xidmət göstərib və başqa sahədə çalışmağı qərara aldığından öz ərizəsi ilə işdən azad olunmuşdur. Taleh Qaraşovun guya hansısa bahalı maşınlarını satması barədə fikirlər də doğru deyil. İcra başçısının guya bir sıra gizli işlərini müavinin əli ilə görməsi, adlarında çoxlu mülk və obyektlərin olması barədə əvvəllər də sosial şəbəkələrdə təkrar-təkrar yayımlanmış eyni məzmunlu böhtan xarakterli informasiyalara vaxtında rəsmi cavablar verilmiş və qəti şəkildə təkzib olunmuşdur. İnformasiya resurslarının rəhbərləri hər hansı informasaiyanı yaymamışdan əvvəl qarşı tərəfin mövqeyini öyrənməklə göstərilən faktları bir daha dəqiqləşdirsələr yaxşı olar".