Peşəkar boksun əfsanəvi siması Mayk Tayson rinqə qayıdır.

Unikal.org  xəbər verir ki, bu barədə o, şəxsi “tvitter” hesabında məlumat yayıb. 53 yaşlı idmançı, koronavirus pandemiyasından zərər çəkənlərə yardım məqsədiylə xeyriyyə döyüşündə iştirak edəcək. Taysonun rəqibinin kim olacağı hələlik məlum deyil.

Qeyd edək ki, Mayk Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib və onların 50-də qələbə qazanıb. Bu qələbələrin 44-ü nokautla olub.