Şobushi kimi tanınan Yapon sumo güləşçisi Kiyotaka Suetake yeni koronavirusdan həyatını itirib.

Unikal.org xəbər verir ki, Yaponiya Sumo Birliyinin verdiyi açıqlamaya görə, paytaxt Tokiodakı xəstəxanada müalicə alan 28 yaşlı idmançı, çoxsaylı orqan çatışmazlığı və koronavirus səbəbiylə öldüyünü açıqlayıb. 

Bildirək ki, peşəkar idman həyatını 2007-ci ildən bəri davam etdirən Şobuşiyə aprel ayında koronavirus diaqnozu qoyulmuşdu.