Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyət mayın 22-də başa çatacaq.

Unikal.org xəbər verir ki,  bunu ölkənin baş naziri Georgi Qaxariya deyib.

O bildirib ki, həmin tarixdən sonra fövqəladə vəziyyətin uzadılması üçün parlamentə müraciət olunmayacaq.

Baş nazir əlavə edib ki, bununla belə bəzi məhdudiyyətlər qüvvədə qalacaq.

Qeyd edək ki, Gürcüstanda virusla əlaqədar mart ayında fövqəladə vəziyyət elan olunmuş və bir neçə dəfə uzadılmışdı.

Bu günədək ölkədə 671 nəfər koronavirusa yoluxub, 12 nəfər virusdan həyatını itirib.