"Bu gün əlimizdə olan məlumatlar onu deməyə əsas verir ki, koronavirusa yoluxan insan sağalsa belə onun ağciyərləri ciddi zədələnir. Xüsusilə ağciyərində xəstəlik olan və uzun müddət siqaret çəkən şəxslərin ciyərlərində ciddi dağılma baş verir"

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə məlumatı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında verib.