Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində 10 598 nəfər virusa yoluxub, 113 nəfər isə həyatını itirib. Bu günə qədər Rusiyada 262 843 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 2 418 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 58 226 nəfər virusdan sağalıb, 202 199 nəfərin müalicəsi isə davam edir.