Bildiyiniz kimi, bəzi Avropa ölkələrində və ABŞ-da uşaqlar arasında koronavirusla əlaqəli olduğu təxmin edilən xəstəlik yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu naməlum xəstəlik hələ ki, "Kavaski sindromu" adlandırılır. Artıq Fransada bu xəstəlikdən 9 yaşlı uşağın öldüyü açıqlanıb.

Qeyd olunub ki, xəstəlik uşaqlar arasında yayılır və ürəyə ziyan vurur. Açıqlamada bildirilib ki, dünyasını dəyişən uşaq eyni zamanda koronavirusa da yoluxubmuş.

Hal-hazırda Fransada bu xəstəliyə yoluxan uşaqların sayı 125-dir.