Bütün dünyada yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı peyvənd hazırlanması üçün çalışmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu məsələ ilə bağlı yeni açıqlama edib. Onun sözlərinə görə, ölkədə "Warp Speed" (İşıq sürətindən daha cəld) adlı yeni layihə başladılıb. 

Tramp həmçinin əlavə edib ki, koronavirusa qarşı peyvənd cari ilin sonuna qədər hazır ola bilər. O, əgər peyvənd hazırlamaları aparılsa Çinlə də əməkdaşlıq edə biləcəklərini açıqlayıb.