Belçika Liqasında 2019/2020 mövsümü COVİD-19 epidemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılıb və "Brügge" çempion elan edilib.

Unikal.org xəbər verir ki, klubun növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyi vurğulanıb. Bildirilib ki, klubların ən azı 84 faizi çempionatın vaxtından əvvəl dayandırılmasına səs veriblər.

Liqa sonuncusu "Vasland-Beveren" isə aşağı liqaya göndərilib.