Dünyada koronavirusdan 304 mindən çox insan ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4,5 milyonu ötüb. “Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4 500 476 təşkil edir. COVID-19 yoluxmadan sonra 304 631 insan öldü”, - deyə xəbərdə bildirilir.

Ayrı-ayrı ölkələrdə koronavirusdan sağalanların ümumi sayı 1,6 milyon nəfəri ötüb.