Son sutka ərzində Fransada daha 104 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 27 529-a çatıb. Son gün ərzində 942 yeni yoluxma faktı da aşkarlanıb. Beləliklə, virusa yoluxanların ümumi sayı 215 632-yə yüksəlib.

Qeyd edək ki, yeni növ koronavirus (Covid-19) Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.