ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 qırıcısı cümə günü Florida ştatında yerləşən “Eqlin” aviabazasından 19 km yaxınlıqda qəzaya uğrayıb. 

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə aviabazanın Komandanlığı məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 43-cü qırıcı eskadriliyasının 325-ci qırıcı bölməsinin F-22 qırıcısı səhər saat 09:15-də “Elqin” aviabazasından şimal-şərqdə yerləşən sınaq və təlim poliqonunda qəzaya uğrayıb. 

Pilot qırıcıdan çıxarılaraq xəstəxanaya aparılıb. Vəziyyətinin stabil olduğu bildirilib. 

Qeyd edək ki, qəza zamanı digər xəsarət alan olmayıb. Yaxınlıqda yerləşən mülki obyektlərə heç bir ziyan dəyməyib.

Hadisə ilə əlaqədar istintaq başlanılıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilməyib.