Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı 1 432 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, paytaxtda daha 74 nəfər koronavirusun qurbanı olub.

"Moskvada pnevmaniya diaqnozunun təsdiqləndiyi və koronavirus testinin müsbət nəticə verdiyi 74 pasiyent öldü", - deyə xəbərdə bildirilir. Bu, paytaxtda COVID-19-dan gün ərzində ən yüksək ölüm sayıdır.  

Qeyd edək ki, dünən bu rəqəm 68 təşkil edirdi.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.