Braziliyada bir ay əvvəl vəzifəsinə başlayan səhiyyə naziri Nelson Teich, fikir ayrılıqları səbəbiylə istefa edib.

Unikal.org istinadən məlumat verir ki, Braziliya mətbuatında yer alan xəbərlərə görə, səhiyyə naziri Teich, prezident Jair Bolsonaro ilə koronavirusun yeni növü ilə əlaqədar yaranan mübahisə səbəbindən vəzifəsini tərk edib.

Teich, Bolsonaronun xlorokin dərman istifadəsi protokolunun COVID-19 müalicəsində tətbiq edilməsi üçün dəyişdirilməsini tələbinin, bunun elmi əsası olmadığı səbəbindən etiraz etdiyi bildirilir.

Həmçinin də, ölkədə sürətlə artan hadisələrin və ölüm hallarının artması səbəbindən ümumi karantin tətbiq edilməsini dəstəkləyən Teich, bu mövzuda Bolsonaro ilə fikir ayrılıqları yaşayıb.

Qeyd edək ki, prezident  Bolsonaro, aprelin 16-da, COVID-19 yayılması ilə əlaqəli razılaşmadığı keçmiş səhiyyə naziri Henrique Mandetta vəzifəsindən azad etmişdi.

Latın Amerikasındakı COVID-19 xəstəliyinin mərkəzi ölkəsi olan Braziliyada 208 mindən çox insana yoluxan  virus səbəbiylə 14 min 267 nəfər həyatını itirib.