Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

Unikal.org xəbər verir ki, Bakı şəhər sakini V. Pirizadəyə məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evdən 1700 manatlıq məişət əşyaları, onun oğluna məxsus evdən isə tikinti alətləri, elektrik naqilləri və digər məişət əşyaları oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Ağarəsul Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.