Rusiyanın şimali Kuril (Saxalin əyaləti) və Cənubi Kamçatka bölgəsində üç 4,3 bal maqnitudasında zəlzələ qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geoloji xidmətinin Saxalin filialından xəbər verilib.

Birinci 4,3 bal maqnitudada olan yeraltı təkanın ocağının dərinliyi 130 kilometr, ikinci 4,2 bal maqnitudada olan seysmoloji hadisənin ocağının dərinliyi 63 kilometr və üçüncü 4 bal maqnitudada olan təkanın ocağının dərinliyi 176 kilometr dərinlikdə yerləşib.

Verilən məlumata əsasən dağıntı və xəsarət alanlar olmayıb. Sunami təhlükəsi elan edilməyib.