Ukraynada daha 528 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 17 858-ə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 14 nəfər artaraq 497-yə yüksəlib.

İndiyədək Ukraynada 4 906 nəfər koronavirusdan sağalıb.