Meksikada yeni növ koronavirusa son sutka ərzində daha 2 437 nəfər yoluxub.

Unikal.org xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomiya deyib.

Onun sözlərinə görə, yoluxma hallarında bu artım artıq ikinci gündür ki davam edir. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 45 032 nəfərə, ölənlərin sayı son sutkada 290 olmaqla 4 767 nəfərə çatıb.

Qeyd edilir ki, ən çox yoluxma halları ölkənin paytaxtında, həmçinin Mexiko, Aşağı Şimali Kaliforniya, Sinaloa və Tabasko ştatlarında qeydə alınıb.