İsraildə koronavirusa yoluxanların sayı 16 606 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 17 yeni yoluxma, 1 ölüm hadisəsi qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 267-yə çatıb. İndiyədək 12 820 pasiyent sağalıb.

İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.