Yunanıstanda xəzinə axtaran 34-50 yaşında 4 kişi Lutraki şəhərində mağarada ölü halda tapılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  mağara, paytaxtı Afinada 90 km aralı, Korint (Korinfsk) körfəzi sahilində yerləşir.

Şəhər qədimdən termal suları ilə tanınır. Hadisə isə şəhərin Karbunari rayonunda baş verib. Mağarada 4 kişi meyiti aşkarlanıb. Bildirilib ki, onlar xəzinə axtarırmış. Bu məqsədlə haranısa partlatmaq istəyiblər. Onların əlində partlayıcının məftili qalıb.