Kanadada 5.9 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, ölkənin qərbində qeydə alınan zəlzələnin dərinliyi 9.1 kilometr olub.

Qeyd olunub ki, sunami təhlükəsi gözlənilmir.

Zəlzələ nəticəsində dağıntı və tələfatın olması barədə məlumat daxil olmayıb.